Lökbatanda zəncirvari QƏZA: Xəsarət alan var

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Referans.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “JEEP” və iki “TOYOTA” markalı minik avtomobilinin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və “TOYOTA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Elçin Quşarov təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki