Masallıda dəhşət: baba və nəvə yanaraq öldü – YENİ TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində baba və nəvəsi yanaraq ölüb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayevin və 2024-cü il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyiti aşkar edilib.

Referans Media “Manset.az”a istinadla xəbər verir ki, yanğının bəzi detalları məlum olub. Yanğın zamanı uşağın anası işdə, nənəsi isə qonşuda olub.

Məhərrəm Məmmədzadənin atası ilə anası boşandıqları üçün onlar babasının evində yaşayırmış.

Yanan uşağın böyük bacısı, 2012-ci il təvəllüdlü qız isə hadisə baş verən vaxt məktəbdə olub.

Masallı rayonunda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Qızılağac kəndində fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2024-cü il nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Unikal.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki