Dağıstanın Məhərrəmkənd rayonunda əksəriyyəti uşaq olmaqla 100-dən çox insan içməli sudan kütləvi zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Referans xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilir ki, iyulun 7-də respublikada çoxsaylı bağırsaq infeksiyasına yoluxma faktı barədə məlumat daxil olub. İnfeksiya ocağı Məhərrməkənd, Kuysun, Gilar, Qaptsax və Yuxarı Tahirkənd qəsəbələrində baş verib.
İlkin məlumata görə, infeksiya su vasitəsilə baş verib. Xəstəxanaya əksəriyyəti uşaq olmaqla 110 nəfər yerləşdirilib.
“Rospotrebnadzor” Respublika İdarəsi vilayətdə epidemioloji araşdırma aparır.
Faktla bağlı Dağıstan Prokurorluğu araşdırmalara başlayıb.//publika.az