Məhkəmə Trampın bu qərarını ləğv etdi

ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlıq hüququnu məhdudlaşdıran fərmanını qanunsuz sayıb.

Referans Media xəbər verir ki, qərara əsasən, məhkəmənin 6 hakimi fərmanın əleyhinə, 3 nəfər isə lehinə səs verib.

Beş hakim bildirib ki, sözügedən fərman ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişə ziddir. Həmin düzəliş uzun illərdir ABŞ ərazisində doğulan bütün şəxslərə vətəndaşlıq hüququ verən norma kimi şərh olunur.

Qeyd edək ki, Donald Tramp bu fərmanı 20 yanvar 2025-ci ildə, ikinci prezidentlik müddətinin ilk günündə imzalayıb.

Tramp daha əvvəl Ali Məhkəmənin onun mövqeyini dəstəkləməyəcəyini ehtimal etdiyini bildirib. O, doğumla vətəndaşlıq praktikasının davam etməsinin ölkə üçün “iqtisadi fəlakət” olacağını iddia edib. Bildirib ki, ABŞ-a gələn insanların bu hüquqdan istifadə etməsi nəticəsində dövlət miqrasiya proseslərinə nəzarəti itirib.

Xatırladaq ki, doğumla vətəndaşlıq hüququ ABŞ Konstitusiyasına 1868-ci ildə əlavə edilən 14-cü düzəlişin birinci bölməsində təsbit olunub. Düzəlişə əsasən, ABŞ-da doğulan və ya naturalizasiya yolu ilə vətəndaşlıq alan, ölkənin yurisdiksiyasına tabe olan bütün şəxslər yaşadıqları ştatın vətəndaşı hesab edilirlər.

Bu düzəliş ilkin olaraq ABŞ-da Vətəndaş müharibəsindən sonra keçmiş qulların hüquqi müdafiəsini təmin etmək və onların vətəndaş statusunu rəsmiləşdirmək məqsədilə qəbul olunub.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki