ABŞ və İsrailin 28 fevralda İrana hücumu zamanı həyatını itirən İranın keçmiş dini lideri Əli Xamenei üçün 4-9 iyul tarixlərində, ümumilikdə altı gün davam edəcək dəfn mərasimləri keçiriləcək.
Referans Media xəbər veri ki, ilk mərasimlər 4-5 iyulda Tehrandakı Mosalla kompleksində baş tutacaq.
Daha sonra cənazə Qum, Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq, dəfn isə 9 iyulda Xameneinin doğulduğu Məşhəd şəhərində həyata keçiriləcək.
Bildirilir ki, mərasimlərdə ölkə daxilindən və xaricdən təxminən 35 milyon nəfərin iştirakı gözlənilir. Bu səbəbdən Tehranda geniş təhlükəsizlik tədbirləri görüləcək, magistral yollar müvəqqəti dayanacaq kimi istifadə olunacaq, məktəb, universitet və idman zalları ziyarətçilərin yerləşdirilməsi üçün ayrılacaq.
Pakistanın rəsmi nümayəndə heyətinin də mərasimdə iştirak edəcəyi təsdiqlənib. Digər ölkələrin, o cümlədən Rusiya, Çin və Körfəz dövlətlərinin hansı səviyyədə təmsil olunacağı isə hələ dəqiqləşməyib./Publika.az
