Suriya Prezidenti Əhməd əş-Şaraa İsraili ölkənin cənubunda sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.
Referans Media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.
“İsrail yenidən ölkəmizi bitməyən xaos meydanına çevirmək, xalqımızın birliyini sarsıtmaq və Suriyanın yenidən qurulması prosesini zəiflətmək istəyir. Suriya xarici qüvvələrin planlarının sınaq meydanı və başqalarının maraqlarının həyata keçirildiyi məkan deyil”, – Şaraa bildirib.
Qeyd edək ki, ötən gün Suriyanın cənubunda İsrail qüvvələri ilə yerli qruplar arasında toqquşmalar barədə məlumat yayılmışdı.
