Qazaxıstan hakimiyyəti ölkə dövlətçiliyinin təməlində "əsaslı təmir" aparmaq niyyətindədir.
Referans Media Nur.kz-a istinadla xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
"Artıq sabah Qazaxıstanda dövlət idarəetmə sisteminin genişmiqyaslı modernləşdirilməsi başlayacaq", - deyə o bildirib.
Tokayev yeni hakimiyyət balansı formulunu təqdim edib: "güclü prezident - nüfuzlu qurultay - hesabat verən hökumət". Qazaxıstan prezident idarəetmə formasını saxlayacaq, burada dövlət başçısı Konstitusiyanın qarantı, ali baş komandan və xarici siyasətdə əsas şəxs olaraq qalır.
İslahatlar həmçinin parlament sisteminin transformasiyasını və artıq bürokratiya olmadan işləməli olan yeni birtərəfli parlamentin - qurultayın yaradılmasını da əhatə edir./Publika.az
