image-qatar-qezabackend

Meksikada qatar qəzası: 13 ölü, yüzə yaxın yaralı var

Meksikanın Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 98 nəfər yaralanıb.

Referans Media xəbər verir ki, məlumatı Meksika prezidenti Klaudiya Şeynbaum X-də paylaşıb. O, əlavə edib ki, yaralılardan beşinin vəziyyəti ağırdır.

Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyi relsdən çıxan qatarda 241 sərnişin və doqquz heyət üzvü olduğunu bildirmişdi. Nazirlik qurbanların ailələrinə başsağlığı verib və yaralılara təcili dəstək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, qəza bazar günü cənubdakı Oaxaka ştatındakı Çivela və Nisanda şəhərləri arasında baş verib.

Meksikanın baş prokuroru Ernestina Qodoy Ramos da öz növbəsində hadisə ilə bağlı araşdırmanın artıq başlandığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki