ABŞ Prezidenti Donald Tramp silahlı insident zamanı birinci xanım Melaniya Trampın reaksiyasından danışıb.

Referans Media  xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Trampın sözlərinə görə, zalda atəş səsləri eşidiləndə əvvəlcə bunun nədən qaynaqlandığını anlamayıblar.

Lakin prezident qeyd edib ki, Melaniya vəziyyətin təhlükəli olduğunu dərhal hiss edib.

“O, bu səsin yaxşı bir şey olmadığını anladı”, – deyə Ağ Ev rəhbəri bildirib.

Tramp əlavə edib ki, baş verənlər birinci xanım üçün kifayət qədər gərgin və stressli anlar yaradıb.

Xatırladaq ki, aprelin 25-də  Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarının “Vaşinqton Hilton” hotelindəki qəbulu zamanı atışma baş verib. Şübhəli hadisə yerində saxlanılıb, Prezident xəsarət almayıb. Vaşinqtonun federal prokuroru Janin Pirro deyib ki, saxlanılan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.