image-senedsiz-evlerbackend

Mənzillərlə bağlı dəhşətli görüntü yayıldı: belə evləri almayın! – VİDEO

Xırdalanda əmlak səhifələrindən birində satışa çıxarılan ev sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında yerləşən yaşayış evi satışa qoyulub. Təkcə tikilinin özü deyil, evin ümumi həyət sahəsinin də elektrik dirəyinin altında olması diqqət çəkib. Bildirilir ki, sözügedən vəziyyət təhlükə riskini daha da artırır.

Belə evlərin satışa çıxarılması nə dərəcədə doğrudur? Bu cür ərazidə tikiliyə icazə vermək  insan sağlamlığına qəsd deyilmi?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, vətəndaşlar fərdi yaşayış evi və ya torpaq sahəsi alarkən mütləq hüquq müəyyənedici sənədlərlə tanış olmalıdırlar:

“Əgər belə sənədlər yoxdursa və ya dövlət əmlak reyestrindən verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış təqdim edilməyibsə, həmin əmlakın alqı-satqısı mümkün deyil. Çünki bu halda əmlak üzərində mülkiyyət hüququ mövcud sayılmır və onun dövriyyəsi həyata keçirilə bilməz. Bu səbəbdən sənədləşmə məsələlərinə ciddi yanaşmaq vacibdir. Alınan sadəcə torpaq və ya daş deyil, hüquqi əsaslarla təsdiqlənmiş mülkiyyətdir. Ehtimal ki, Xırdalanda elektrik dirəyi yerləşən həmin həyət evi üzrə müvafiq sənədlər yoxdur və tikili qanunsuz inşa edilib. Orada yaşamaq ciddi risklər yaradır. Buna görə də vətəndaşlar bu tip tikililərdən uzaq durmalıdırlar. Belə tikililərin hansı şərtlərlə inşa edilməsinə icazə verildiyi sual doğurur. Onların satışa çıxarılması da qanunsuzdur”.

Ekspert bildirib ki, bu məsələni müvafiq hüquq-mühafizə orqanları araşdırmalıdır:

“Tikilini inşa edən və satışa çıxaran şəxslərə qanunvericiliyin tələbləri izah olunmalıdır. Yüksək gərginlikli elektrik dirəklərinin altında torpaq sahələrinin və ya yaşayış evlərinin yerləşməsi qanunsuz olmaqla yanaşı, ciddi təhlükə mənbəyidir. Bu kimi halların qarşısı alınmalı, aşkar qanunsuzluqlara vaxtında müdaxilə edilməlidir. Eyni zamanda, həmin elektrik xəttinin gərginlik səviyyəsi də müəyyənləşdirilməlidir. Son dəyişikliklərə əsasən, müəyyən həddə olan elektrik xətlərinin yaxınlığında tikintiyə icazə verilir, lakin dirəyin birbaşa həyətin içində yerləşməsi qəbuledilməzdir. İstənilən şəxsin riskdən kənar orada yaşaması mümkün deyil. Bu baxımdan, məsələ ilə bağlı konkret və təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir”.

 

View this post on Instagram

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki