Mərkəzi Bank kredit kartlarına limit qoydu backend

Mərkəzi Bank kredit kartlarına limit qoydu 

Mərkəzi Bank istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni

gücləndirib.

Referans xəbər verir ki, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir ki, qəbul olunmuş requlyativ dəyişikliklərin əsas diqqəti əhalinin izafi

borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsinə yönəlib.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aparılan təhlillər çərçivəsində, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım

dinamikası müşahidə edilib. Qeyd olunmalıdır ki, bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc

yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit

borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma

imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən

mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək. Qeyd edək ki, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit

xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən bu limitdən artıq olan

istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.

Yeni requlyativ tələblər bankların məsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı, istehlakçının ödəmə qabiliyyətinə uyğun

borclanmanın təmin olunmasına xidmət edəcəkdir. Bu yanaşma, Mərkəzi Bank tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və

sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma

endirilməsini hədəfləyir.

Təsdiqlənmiş digər dəyişikliklərə əsasən, overdraft limitləri kredit xətləri anlayışına daxil edilib, istehlak kreditlərinin xüsusiyyətləri nəzərə

alınmaqla istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən edilib. İstehlak kredit xətlərinin balansdankənar hesablarda

olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir. Bu yanaşma bankların kapital adekvatlığı göstəricilərinin real risk

səviyyələrinə uyğun olmasına və sistem sabitliyinin qorunmasına imkan verəcəkdir.

Mərkəzi Bankın müvafiq qaydalarına edilmiş digər dəyişikliyə əsasən, aşağı riskli olması nəzərə alınaraq “A-“ kredit reytinqinə malik çoxtərəfli

inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar aktivlərin yüksək keyfiyyətli kateqoriyasına aid edilib və banklar tərəfindən onlar üzrə əlavə

ehtiyat yaradılması tələbi istisna olunub.

Həmçinin qeyd olunmalıdır ki, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirməsi məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində

saxlanılır. Bu çərçivədə, Mərkəzi Bankın banklar tərəfindən aktivlərin təsnifləşdirilməsi tələblərini əks etdirən aidiyyəti qaydalarında müvafiq

dəyişiklik edilib. Belə ki, sözügedən qaydalarda nəzərdə tutulan borcalanın zərərlə fəaliyyət göstərməsi anlayışı dəqiqləşdirilib. Dəyişikliyə əsasən,

borcalanın zərərlə fəaliyyət göstərməsi dedikdə xalis zərər deyil, sahibkarlıq subyektinin faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki

mənfəət göstəricisinin (EBITDA) onun cəmi faiz xərclərindən az olması və ya mənfi olması meyar olaraq müəyyən edilib. Bu, banklar tərəfindən

biznes kreditləşməsi çərçivəsində sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin daha real qiymətləndirilməsinə və kredit

risklərinin daha adekvat idarə olunmasına şərait yaradır.(

Ucnoqta.az)



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki