Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketində bir çox məşhur şəxsin adı “qara siyahı”ya salınıb.
Onlardan biri də erməni əsilli rusiyalı məşhur rejissor Karen Şanazarovdur.
Onun adı Aİ-nin Rusiyanın iş adamları və tanınmışlarının olduğu siyahıda yer alıb.
Qeyd edək ki, 18-ci paketə həmçinin Rusiya neftini daşıyan tankerlərə qarşı, həmçinin bir sıra banklara məhdudiyyətlər, eləcə də ikili təyinatlı mal və texnologiyalara yeni ixrac məhdudiyyətləri daxildir.//Globalinfo.az