backend

Məşhurlara qarşı yeni narkotik əməliyyatı: Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanıldı

İstanbulda keçirilən yeni narkotik əməliyyatı çərçivəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanılıb. Axtarışlar zamanı şübhəli Mümine Senna Yıldızın yaşayış yerində təxminən 5 qram marixuana və marixuana üyüdən aparat aşkar edilib. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünün isə ünvanlarında olmadığı bildirilib. Xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində saxlanılma qərarı çıxarılıb.

Referans Media xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun 2025/219794 CBS nömrəli istintaq işi çərçivəsində, ictimaiyyətdə tanınan bəzi şəxslərin narkotik və ya psixotrop maddə istifadə etməsi ilə bağlı əsaslı şübhələr olduğu bildirilib və bu əsasla əməliyyat keçirilib.

İstintaq çərçivəsində İstanbul Vilayət Jandarma Komandanlığının əməkdaşları tərəfindən 18 dekabr 2025-ci il tarixində saat 07:00-dan etibarən İstanbulun Sarıyer rayonunda 2, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt rayonlarında isə 5 ünvan olmaqla, ümumilikdə 7 ünvanda axtarış aparılıb. Əməliyyat zamanı 7 şübhəli barəsində prosessual tədbir görülüb.

Axtarışlar zamanı şübhəli Mümine Senna Yıldızın evində təxminən 5 qram marixuana və marixuana üyütmə aparatı ələ keçirilib.

Haqqında saxlanılma qərarı olan şübhəlilərdən İrem Sak, Danla Bilic, Mümine Senna Yıldız və Aleyna Tilki saxlanılıb. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünün isə ünvanlarında olmadığı müəyyən edilib.

Şübhəlilər barəsində Türkiyə Cinayət Məcəlləsinin 191-ci maddəsi üzrə — “istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə etmək” ittihamı ilə başladılan istintaqın davam etdiyi bildirilib.

Bundan əlavə, xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində tutulma (axtarış) qərarı çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki