Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan pop müğənnisi Edis Görgülü və keçmiş milli idmançı Adem Kılıçcı ilə bağlı yeni detallar ortaya çıxıb.
Referans Media xəbər verir ki, hər iki şəxsin Məhkəmə Tibbi Ekspertizada aparılan narkotik testlərinin nəticələri müsbət çıxıb. Hazırlanan rəsmi hesabatda onların analizlərində qadağan olunmuş maddələrin izlərinə rast gəlindiyi bildirilib.
Testlərdə hansı maddələr aşkarlandı?
İddialara görə:
Edis Görgülünun narkotik testində kokain izləri aşkarlanıb. Adem Kılıçcının isə saç və qan nümunələrində marixuana maddəsinə rast gəlinib. Onlar istintaq çərçivəsində saxlanılmışdılar.
Baş Prokurorluq tərəfindən məşhurlara qarşı başladılan narkotik istintaqı çərçivəsində bir sıra şəxslər saxlanılaraq tibbi testdən keçirilib. Həmin əməliyyat zamanı saxlanılan Edis Görgülü və Adem Kılıçcı ifadələri alındıqdan sonra sərbəst buraxılmışdı.
Jurnalist Burak Doğanın yaydığı məlumata görə, Məhkəmə Tibbi Ekspertizanın hazırladığı hesabatda hər iki məşhurun test nəticələrinin müsbət olduğu iddia edilir. Hazırda məsələ ilə bağlı istintaqın davam etdiyi bildirilir.























