Məsud Pezeşkian İranın şərtlərini AÇIQLADI

İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb.

Referans Media  xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Əgər ABŞ hökuməti öz totalitar ambisiyalarından əl çəkərsə və İran xalqının hüquqlarına hörmət etməyə başlayarsa, o zaman yəqin ki, razılaşmaya nail olmağın yolları tapılacaq”, – Pezeşkian bildirib.

İran Prezidenti paylaşımının sonunda danışıqlar aparan nümayəndə heyətinin üzvləri, xüsusilə parlament sədri Məhəmmədbaqer Qalibafa təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki