Milyonçu iş adamı dənizdə yoxa çıxdı backend

Milyonçu iş adamı dənizdə yoxa çıxdı 

  Milyonçu iş adamı Halit Yukay Yunanıstana gedərkən yoxa çıxdı – Yatı parçalanmış halda tapıldı

Türkiyənin tanınmış milyonçu iş adamı, eyni zamanda “Viaport Marina”nın qurucularından biri olan Halit Yukay, şəxsi yaxtası ilə Yunanıstana yola

düşərkən müəmmalı şəkildə yoxa çıxıb.

Referans  Tütkiyə mediasına istinadən xəbər verir ki, iş adamı təkbaşına yola çıxıb və son əlaqə nöqtəsi Egey dənizi olub. Onun minik etdiyi yaxta

bir neçə gün sonra parçalanmış vəziyyətdə tapılıb. Hadisə yerində insan izinə rast gəlinməyib.

Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri və Yunanıstan sahil mühafizəsi Halit Yukayın tapılması üçün beynəlxalq axtarış-xilasetmə əməliyyatına

başlayıblar. Hələlik onun taleyi barədə rəsmi və qəti məlumat yoxdur.

Yatın hansı səbəbdən bu vəziyyətə düşməsi hələ də aydın deyil. Hadisənin hava şəraiti ilə bağlı ola biləcəyi ehtimal edilsə də, bəzi mənbələr texniki

nasazlıq və ya qəsdən törədilmiş bir hadisənin də istisna edilmədiyini bildirir.

Qeyd edək ki, Halit Yukay Türkiyədə biznes və dənizçilik sahəsində tanınan fiqurdur. O, daha çox yaxtaların dizaynı və satışı ilə məşğul olan “Yonca-

Onuk” və “Viaport Marina” layihələrində fəal rol alıb. Milyonlarla dollar dəyərində sərvəti olan Yukay həm də dənizçiliyə böyük marağı ilə tanınıb.(Tribunainfo.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki