Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü

Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.

1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki