Mingəçevirdə otel belə yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar ingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Referans Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb. Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki