Moskva Bakı və İrəvana ÇAĞIRIŞ ETDİbackend

Moskva Bakı və İrəvana ÇAĞIRIŞ ETDİ

  Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır.

Referans.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə dair təklifimiz qüvvədə qalır”, – Diplomat Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.

Qaluzin qeyd edib ki, Rusiya tərəfi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir.

“Aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir. Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarını da nəzərə almaqla, tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazırıq”, – Qaluzin vurğulayıb.

O vurğulayıb ki, Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb./Musavat.com   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki