image-teyyare-uralbackend

Moskvadan Gəncəyə uçmalı olan təyyarə saatlardır gecikir

Moskvanın “Domodedovo” Hava Limanından Gəncə şəhərinə uçmalı olan U6 2411 Moskva-Gəncə reysi təxminən 5 saatdan artıqdır gecikir.

Referans Media bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, eyni zamanda təkrar istiqamətə uçuşu gözlənilən U6 2412 reysində də gecikmə qeydə alınıb.

Uçuşu “Ural Airlines” şirkəti həyata keçirir.

Moskva-Gəncə reysi üzrə sərnişinlərin sayı dəqiq bilinməsə də, Gəncədən eyni reys üzrə 100-dən artıq sərnişin istifadə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki