image-bina-2backend

MTK-ların “binanı təhvil verməmək” oyunu: Sakinlərin hüquqları tapdalanır

Çoxmənzilli binaların idarə olunması bu gün sakinləri ən çox narahat edən məsələlərdəndir. Xüsusilə, Mənzil-Tikinti Kooperativlərindən (MTK)-lardan sonra idarəetmənin kimə və necə keçməsi, sakinlərin hansı hüquqlara malik olması cəmiyyətdə ciddi suallar doğurur.

Bu mövzuda qanun nə deyir və düzgün idarəetmə necə qurulmalıdır?

Müsahibimiz iqtisadçı-ekspert Bella Bəşirova mövzu ilə bağlı Referans Media-ya açıqlama verib.

image-bella-besirova

– Yeni tikili, camaat arasında “novostroyka” adlanan binalarda sakinlər binanı MTK-dan alıb özləri idarə edə bilərmi?

– Bəli, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən bina istismara verildikdə və mənzillərin əksəriyyəti özəlişdirildikdən sonra ümumi mülkiyyət (dam, pilləkan, lift, kommunikasiya xətləri və s.) sakinlərə məxsusdur.

– Bəzən MTK-lar idarəçiliyi mülkiyyətçilərə vermək istəmirlər. Bu halda sakinlər hansı addımlar atmalıdırlar?

– Belə vəziyyət yarandıqda bina sakinlərinin ümumi yiğincaq keçirərək qərar vermək və bu maneəni rahat şəkildə aradan qaldırmaq hüquqları var. Sakinlərin bu idarəçilik uçün 3 əsas seçimi var :

1.Mənzil sahiblərinin Müştərək Cəmiyyətini ( MSMC) yaratmaq;

2,Sakinlərin ümumi yığıncağını keçirmək, ümumi qərarla birbaşa idarəedici seçmək və yaxud idarəedici şirkət ilə müqavilə bağlamaq;

3.Bütün mülkiyyəti təsdiq edən sənədləri və sakinlərin şəxsiyyətini təsdiq edən sənədləri, iclasın protokolunu aidiyyatı təşkilatlara təqdim etməklə mülkiyyət idarəçiliyini təsdiq etməlidir.

Bella xanım onu da bildirdi ki, elə işbazlar var ki, müxtəlif üsullarla idarəetməni ələ keçirmək istəyirlər. İclas keçirilmədən, müqavilə bağlanmadan, sakinlərin ümumi səs verməsi (50+1) nəzərə alınmadan ələ keçirilmis idarəçilik hüquqi qüvvəyə malik deyil. Bu yalnız ümumi yğincağın qərarı ilə mümkündur. Belə olduqda bina sakinləri qanuni iclas keçirməklə həmin şəxsləri dərhal uzaqlaşdıraraq idarəçiliyin ləğv olunması, yiğilan vəsaitin geri qaytarılması, maddi zərərin əvəzinin ödənilməsinə dair qadağanedici qərar (təkrar müdaxilənin qarşısının alınması) çıxarda bilərlər.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki