backend

Muazzez Ersoyun son görünüşü sensasiyaya səbəb oldu: “And içmişdim ki, qocalmayacağam”

Türk Klassik Musiqisinin əfsanəsi Muazzez Ersoyun paylaşdığı yeni fotolar sosial mediada qısa müddətdə trend mövzusuna çevrilib. Məşhur sənətçinin sifətindəki nəzərəçarpacaq dəyişiklik izləyicilərini iki yerə bölüb: “Onu tanıya bilmədik” şərhləri yazılır.

Referans MEDİA xəbər verir ki, “Nostalji Kraliçası” kimi tanınan Muazzez Ersoy sosial media hesabında paylaşdığı son fotoları ilə gündəmə gəlib.

O, sosial media hesabında paylaşdığı son fotoları ilə gündəmə damğasını vurub. Daha əvvəl “Yaşlanmayacağıma, qırışmayacağıma söz vermişdim” sözləri ilə diqqət çəkən Ərsoy yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.

image-mz1

Məşhur sənətçinin sifətindəki dəyişikliyi görənlər “Doğrudanmı bu Muazzez Ersoydur?” sualını verib. O, bunları söyləyərkən pərəstişkarları iki yerə bölünüb.

image-mz2

Bəziləri “Yenə də çox gözəldir” şərhini versə də, digərləri “Tanıya bilmədik” deyərək təəccüblərini ifadə etdilər.

image-mz3

Tamamilə ağ libasda 3 yeni fotosunu yayımlayan Ərsoy sifətindəki dəyişikliklə təəccübləndirib.

image-mz4

Nostalji albomları ilə yaddaşlara həkk olunan 67 yaşlı Muazzez Ersoy “Bu kimdir?” sualına səbəb olub. fotoları ilə gənc qıza bənzəyir.

Qeyd edək ki, Məşhur müğənni yanvarın 24-də Bakıda konsert verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki