Müctəba Xamenei də təsdiqlədi: İran mübahisəli təkliflə razılaşır

İran ABŞ ilə mümkün razılaşma çərçivəsində yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılıq verə bilər.

Referans Media  xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Bildirilib  ki, İranın ali dini rəhbəri Müctəba Xamenei razılaşmanın ümumi çərçivəsini təsdiqləyib, lakin sənədin detalları hələ də müzakirə mərhələsindədir:

“Planın iki mərhələdən ibarətdir: birinci mərhələdə ABŞ və İran arasında Hörmüz boğazının açılması və İran limanlarına qarşı sanksiya və blokadaların yumşaldılması nəzərdə tutulur. Daha sonra isə nüvə proqramının müəyyən hissələrinin məhdudlaşdırılması üzrə danışıqların davam etdirilməsi planlaşdırılır.

ABŞ Prezidenti Donald Tramp administrasiyası nümayəndələrinin açıqlamalarına görə, Tehranla əsas müzakirə mövzusu uranın məhv edilməsi mexanizmi ilə bağlıdır. Prinsip etibarilə isə bu prosesin zəruriliyi tərəflər arasında mübahisə doğurmur.

Eyni zamanda ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton İranın siyasi rejimini dəyişməyə çalışmır və mövcud hakimiyyətlə əməkdaşlıq etməyə hazırdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki