Referans Media “Mehr” agentliyinə istinadla xəbər verir ki, Xamenei öz mesajında şəhidlərin, xüsusilə Minab şəhidlərinin qanının yerdə qalmayacağını və intiqamdan imtina etməyəcəklərini bəyan edib.
İran liderinin müraciəti televiziyada oxunub və ölkə mediasında dərc olunub.
Bu müraciətdən qısa müddət əvvəl Müctəba Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığı və hazırda komada olduğu barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, cari həftənin əvvəlində İranın Ekspertlər Şurası Müctəba Xameneini ölkənin ali lideri vəzifəsinə təyin edib. O, fevralın 28-də ABŞ və İsrailin hücumu nəticəsində həlak olmuş İslam Respublikasının keçmiş ali lideri Əli Xameneinin oğludur.//publika.az























