Müctəba Xameneinin gizləndiyi yer… – ABŞ kəşfiyyatı məlumat yaydı

“İranın Ali Lideri Müctəba Xamenei açıqlanmayan bir yerdə gizlənir, xarici dünyaya çıxışı məhduddur”.

Referans Media xəbər verir ki, bu barədə “CBS News” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilir ki, İran rəsmiləri hökumət daxilində kommunikasiya problemi yaşayır:

“Bu səbəbdən İranla mümkün razılaşmanın və əvvəlki sazişlərin detalları mərhələli şəkildə ortaya çıxır. Belə ki, ABŞ potensial razılaşmanın təfərrüatlarını İrana göndərdikdə, ali liderlə əlaqə saxlamaqda çətinlik yaranır, nəticədə cavab gecikir”.

Ağ Ev M.Xameneinin harada olması və İranla əlaqə üsulları ilə bağlı kəşfiyyat məlumatlarına şərh verməkdən imtina edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki