image-hava-baki-900x645backend

Müharibə fonunda tarixi həmlə: Bakı onları ölkəyə buraxmadı – Gerçəklər üzə çıxır

Yaxın Şərqdə artan gərginlik, xüsusilə İsrail və ABŞ-ın İrana yönəlik son hərbi əməliyyatları region ölkələrinin təhlükəsizlik arxitekturasını yenidən gündəmə gətirib. Qlobal güclərin toqquşduğu coğrafiyada bəzi dövlətlər xarici kəşfiyyat şəbəkələrinin, mobil hərbi bazaların və müxtəlif təsir mexanizmlərinin fəaliyyət meydanına çevrilərkən, digərləri öz suveren təhlükəsizlik modelini qorumağı bacarır. Məhz bu kontekstdə Azərbaycanın mövqeyi diqqət çəkir.

Analitiklərin fikrincə, ölkə ərazisində xarici xüsusi xidmət strukturlarının – MKİ, MI-6, MOSSAD kimi qurumların – institusional şəkildə möhkəmlənməməsi, eləcə də hər hansı xarici mobil hərbi bazaların formalaşmasına imkan verilməməsi Prezident İlham Əliyevin balanslaşdırılmış və uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan regional proseslərdə aktiv iştirak etsə də, öz ərazisinin geosiyasi qarşıdurma poliqonuna çevrilməsinə qəti şəkildə yol verməyib.

Bəs bir ölkədə bu cür qlobal aktorların hərbi və kəşfiyyat mövcudluğu hansı mexanizmlərlə təmin edilir? Belə təzyiq və istəklər hansı siyasi, hüquqi və diplomatik alətlərlə geri çevrilə bilir?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, bu günə qədər bir neçə dəfə müxtəlif iddialar irəli sürülsə də, Azərbaycanda heç bir ölkənin hərbi bazası mövcud deyil:

“Xüsusilə İrandan olan bəzi əyalət mollaları vaxtaşırı bu iddialarla gündəmə gəliblər. Lakin həm ötən ilin iyun ayında baş verən 12 günlük müharibə zamanı, həm də hazırkı hərbi gərginlik dövründə Azərbaycan ərazisində heç bir ölkənin hərbi bazası olmayıb. Bu, rəsmi Bakının bəyan etdiyi siyasəti real şəkildə həyata keçirdiyini göstərir. Azərbaycan heç bir hərbi bloka qoşulmur və heç bir münaqişənin tərəfi deyil.

Azərbaycan Qoşulmama Hərəkatı kimi platformalara, humanitar və iqtisadi əməkdaşlıq formatlarına üstünlük verir, hərbi ittifaqlardan isə uzaq dayanır. Bununla da neytrallığını qoruyur. Rəsmi Bakının bəyanatları ilə fəaliyyəti koordinasiyalıdır.

Bu siyasətin əsas səbəblərindən biri də ondan ibarət idi ki, ölkəmiz 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişəsinin həlli prosesində gözləmə mövqeyində olub. Əgər biz hər hansı hərbi bloka qoşulsaydıq, həmin geosiyasi oyunları quran güclərin təsir dairəsinə düşə bilərdik.

Bu gün Azərbaycan ərazisi təhlükəsizlik və sabitlik zolağına çevrilib. Şimalımızda və cənubumuzda ciddi hərbi qarşıdurmaların getməsinə baxmayaraq, ölkəmiz bu proseslərdən kənarda qalmağı bacarır.

Xüsusilə Prezident İlham Əliyevin bu istiqamətdə yanaşması Azərbaycana hər zaman uğur qazandırıb. Bakının yürütdüyü siyasətin nəticələrini görən dövlətlər də anlayırlar ki, balanslı və müstəqil xətt mümkündür. Düşünürəm ki, bir çox ölkələr Azərbaycandan nümunə götürə bilər. Bu, çox çətin, lakin mümkün olan bir siyasətdir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki