Musiqi, incəsənət məktəb və mərkəzlərinin imtahanlarının nəticələri elan olundu

  Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.Bu barədə Referans-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki