image-elinagiyevbackend

Nağıyevdən Əfqanıstanla bağlı açıqlama: Bakı hər zaman…

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.

Referans xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib.

O bildirilib ki, Azərbaycan bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib:

“Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki