NATO-nun müdafiə nazirləri toplaşır – Silah tədarükü müzakirə ediləcək

  Avropa İttifaqı və NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin üç görüşü oktyabrın 15-də Brüsseldə keçiriləcək. Görüşlərin əsas mövzusu Ukraynaya silah tədarükü olacaq.

Referans.az   xəbər verir ki, Brüsseldə keçiriləcək iclaslarda Avropada silah istehsalının artırılması üçün maliyyələşdirmə planları, əsasən də pilotsuz uçuş aparatları, sursat, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə vasitələrinin istehsalı və ABŞ silahlarının alınması ilə bağlı yeni sifarişlər müzakirə olunacaq.

ABŞ-nin NATO yanındakı daimi nümayəndəsi Metyu Uitakerin açıqlamasına görə, əlaqə qrupunun iclasında Avropa ölkələrinin ABŞ-dən Ukrayna üçün silah alınmasına dair “böyük sifarişlər” barədə bəyanat verməsi gözlənilir. Kaya Kallas isə nazirlərlə Aİ-nin hərbiləşmə prosesinin sürətləndirilməsi, Ukraynaya Avropa silahlarının tədarükü və dron divarı layihəsi də daxil olmaqla, birliyin prioritet hərbi təşəbbüslərini müzakirə etməyi planlaşdırır.

   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki