NATO ölkəsində Rusiyaya görə panika: qırıcılar havaya qalxdı

Azərbaycan Polşa və müttəfiq hava qüvvələrinə məxsus qırıcılar Rusiyanın Ukraynadakı fəaliyyəti səbəbindən havaya qaldırılıb.

Referans Media xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X-də məlumat yayıb.

Bundan əlavə, Polşanın yerüstü hava hücumundan müdafiə və radar aşkarlama sistemləri həyəcan siqnalı verilib.

Daha əvvəl Polşada “döyüş təlimi” keçmiş üç nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılmışdı./globalinfo.az 

Onların ölkədə kəşfiyyat fəaliyyəti ilə məşğul olduqları, xüsusən də NATO qoşunlarının Polşada yerləşdirilməsi barədə məlumat topladıqları güman edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki