image-mehkeme-terezibackend

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.
Referans Media apa-ya istinadən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev vəzifə cinayətlərində ittiham olunur, onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlandığı bildirilir. O, vəzifə cinayətlərində ittiham olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki