Naxçıvan-Bakı avtobusunun dərəyə aşması nəticəsində 17 nəfər yaralanıb – YENİLƏNDİ

 “Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib. Onlar təcili tibbi yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir”.

Referans xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Fuad Rzayev deyib.

Həkim qeyd edib ki, xəsarətlər əsasən bud-çanaq sınıqları və beyin silkələnmələri ilə bağlıdır. Onun sözlərinə görə, xəstələr müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicələri davam etdirilir.

Qeyd edək ki, bu gün günorta saatlarında Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya düşüb.  

Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.

Referans APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Ətraflı məlumat veriləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki