Naxçıvanda ağır qəza: 2 nəfər xəstəxanalıq oldu – VİDEObackend

Naxçıvanda ağır qəza: 2 nəfər xəstəxanalıq oldu – VİDEO

  Naxçıvanda ağır yol qəzası baş verib.

Referans.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb.

 
Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəzada 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və onun sərnişini, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki