Naxçıvanda evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlandı

  Naxçıvan şəhərində evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Referans.az  xəbər verir ki, Naxçıvanda fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki