Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.
Yağıntının miqdarı Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12 mm, Kükü kəndində (Şahbuz) 14 mm, Biçənək kəndində (Şahbuz) 10 mm, Şərurda 3 mm, Axura kəndində (Şərur) 7 mm, Ordubadda 8 mm, Parağaçayda (Ordubad) 26 mm, Culfada 8 mm, Kəngərlidə 3 mm, Sədərəkdə isə 2 mm təşkil edib.
