Referans Media xəbər verir ki, “apa.az”a açıqlamasında nazir bildirib ki, forum çərçivəsində yalnız xarici işlər nazirləri səviyyəsində 10-dan artıq ikitərəfli görüş keçirilib və bu görüşlərdə mühüm məsələlər müzakirə olunub.
“Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə qeyri-formal görüş keçirildi. Çox önəmli müzakirələr aparıldı. Bilirsiniz ki, Azərbaycan D-8 təşkilatının ən yeni, lakin fəal üzvüdür. Buna baxmayaraq, üzvlük çərçivəsində artıq aktiv fəaliyyətə başlamışıq. Baş katibliklə görüş baş tutdu və orada gedən prosesləri müzakirə etmək imkanımız oldu.
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşümüz oldu, əməkdaşlıq imkanları müzakirə edildi. Avropa İttifaqından olan həmkarlarla isə Azərbaycan–Aİ gündəliyi ətrafında fikir mübadiləsi aparıldı”, – deyə Ceyhun Bayramov qeyd edib.
