Nazir şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşdü

Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev Qax rayonuna səfəri çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin bir qrup direktoru, məktəbəqədər təhsil müəssisələrinin müdirləri və qabaqcıl müəllimlərlə görüşüb.

Referans Media Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, Görüş zamanı Emin Əmrullayev son illər təhsil sahəsində həyata keçirilən islahatlar və təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması barədə danışıb. Nazir müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, eləcə də qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflərə toxunub.

Çıxışının sonunda Emin Əmrullayev şimal-qərb bölgəsinin təhsil göstəricilərinin ölkə üzrə yüksək nəticələr sırasında yer aldığını vurğulayaraq müəllimlərə və təhsil müəssisələrinin rəhbərlərinə təşəkkür edib.

Görüşdə iştirakçıların rəy və təklifləri dinlənilib, çoxsaylı sualları cavablandırılıb.

Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkilib.

1779477219 706078220 18586066549024649 429660760198375631 n 171779477219 706122411 18586066531024649 7012186643042947033 n 91779477236 703537341 18586066639024649 5442830874362877604 n 4Difference Hajj and Umrah feature 6MCB Hajj 5 7med 3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki