Nazir şöbə müdiri təyin etdi

Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub.

Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Ənvərli Vətəndaş müraciətləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ənvərli 2003-2008-ci illərdə Qafqaz Universitetində Menecment ixtisası üzrə bakalavr, 2023-2025-ci illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki