Payız romantik duyğuların oyandığı, xatirələrin yada düşdüyü fəsildir. İlin bu fəsli kimlərdəsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Payızın gəlişi bir sıra hallarda əhval-ruhiyyənin pisləşməsi, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır. Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir.
Payız depressiyası nədən yaranır və əlamətləri nələrdir? Bu depressiyadan qurtulmaq üçün nə etmək lazımdır? Mövzu ilə bağlı həkim psixoterapevt Pərvin Abbaslı Referans-a bildirib ki, Belə deyə bilərəm ki, payız depressiyası çox insanlarda olur. Təbii ki, qış depressiyası da öz yerində. Ancaq payız keçid fəsli olduğu üçün bu zaman yaranan depresiyaların özü də uzun çəkmir. Yetər ki, həmin insanlar özünə müəyyən hobbilər, zamanı boşa keçirməsinlər, boşluqda qalmasınlar, müəyyən bir şeylərlə onu doldursunlar. Kimiləri sevdiyi insandan ayrı düşür və bu fəsildə olan depressiyalar daha da ağır formaya keçir. İnsanda hər hansı bir psixoloji , digər yanaşı pozuntular varsa bu dönəmdə daha da ağrılaşır.
Həkim onu da diqqətə çatdırıb ki, əgər insan tənhadırsa bu onda qabarıq hiss olunur. Bundan başqa, müəyyən insanlara dərman lazım olur ki, bu vəziyyətdən çıxa bilsinlər . Hər insana fərqli antidepresant faydalı ola bilir. Ümumilikdə isə insanlar yüngül depressiyalardan özləri də qurtula bilərlər.bundan çıxa bilir.
Psixoterapetv mikroelementlərin vacibliyini də bildirib. də çox vacibdir. O deyib ki, mikro elementlər, minerallar, vitamin kompleksləri çox önəmlidir. İstənilən psixoloji pozuntuda bu bir önəm daşıyır. Xüsusilə əmək məşğuliyyəti, dostlarla vaxtaşırı görüşlər, fərqli məkanlarda yaxşı əyləncələrin olması insan psixologiyası üçün zəruridir.
“Bir sözlə insan bununla yalnızlıq duyğusunu ortadan qaldırmalıdır ki, həyatı da sevərəkə sahib olduğu üstünlüklərə də dördəlli sarıla bilsinlər. Həyatı sevək, cəmiyyətə və özümüzə faydalı insan olaq. Ən sonda onu arzulayıram ki, sevin, sevilin ! Hərşeyin dərmanı budur”, – deyə Pərvin Abbaslı qeyd edib.
Şahverdiyeva Elena
Referans
