Türkiyədə dəhşətli hadisə: Kişi anasını və qardaşını yatdıqları yerdə öldürdü

Diyarbəkirdə Emre Torgut (18) , anası İlknur Torgutu (52) və böyük qardaşı Onur Torgutu (26) ov tüfəngi ilə qətlə yetirib. Onun atasına qoyduğu qeyd qonaq otağındakı stolun üstündə tapılıb.

Hadisə səhər saatlarında Bağlar rayonunun Səlahəddin Əyyubi məhəlləsindəki Turqut Özal bulvarında yerləşən yaşayış kompleksində baş verib. Ankarada olan ata binanın səkkizinci mərtəbədəki yaşayan ailəsi ilə əlaqə qura bilməyib və hadisəni qohumlarına bildirib. Binaya gələn yaxınları ailənin oğlu Emre Torqutun əlində ov tüfəngi ilə qaçdığını görüblər.

Referans xəbər verir ki, faktla bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Yanğınsöndürənlər, təcili yardım işçiləri və polis qrupları ünvana göndərilib. Qruplar İlknur Turqut və oğlu Onur Turqutu başından ov tüfəngi ilə vurulmuş vəziyyətdə yatarkən tapdılar. Ana və oğlunun öldüyü müəyyən edilib. Müayinədən sonra cəsədləri yarılma üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutunun morquna göndərilib.

Qaçan şübhəli cinayətdə istifadə edilən silahla birlikdə hadisə yerinin yaxınlığındakı parkda tutulub və hadisə ilə bağlı araşdırma başlanıb. Digər tərəfdən, Emre Torqutun atası üçün buraxdığı qeyd qonaq otağındakı stolun üstündə tapılıb.

Cinayətkar atasına əməlindən peşman olduğunu və özünü də öldürəcəyini yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki