Nəşi tapılmayan şəhidin anası vəfat etdi – FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İlham Dadaşovun anası Elmira xanım vəfat edib.

Referans.az   xəbər verir ki, şəhid anası Neftçala rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 

1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib.

Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb. (Modern.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki