backend

Nəsli təhlükə altındadır: Türkiyədə görüntüləndi

Artvinin Şavşat rayonunda mühafizə altında olan Qafqaz salamandrası görüntülənib.

Referans Media xəbər verir ki, dünyada yalnız məhdud ərazilərdə yaşayan, Türkiyədə isə ancaq Şərqi Qara dəniz bölgəsində rast gəlinən və Beynəlxalq Bern Konvensiyası ilə qorunan Qafqaz salamandrası Artvinin Şavşat rayonuna bağlı Meşəli kəndində müşahidə olunub.

Təbiət müşahidəçisi Turqay Dəmir tərəfindən mobil telefonla çəkilən görüntülərdə nadir növlərdən sayılan Qafqaz salamandrasının fərqli və diqqətçəkən rəng çalarları ön plana çıxır.

Təbii yaşayış mühitində qeydə alınan salamandra qısa müddət sonra yenidən öz təbii məkanına qayıdıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki