Benyamin Netanyahu bildirib ki, atəşkəs rejimi Livan istiqamətinə şamil olunmur. Bu istiqamətdə İsrail ordusu Hizbullah-a qarşı əməliyyatları davam etdirir.
Referans Media xəbər verir ki, onun sözlərinə görə, atəşkəs yalnız İran-a qarşı hücumlara aiddir və Hörmüz boğazı açıldığı, eləcə də İranın ABŞ, İsrail və region ölkələrinə zərbələri dayandırdığı halda qüvvədə qalacaq.
“İki həftəlik atəşkəs Livan istiqamətinə şamil edilmir”, – deyə Netanyahunun ofisindən bildirilib.
Bununla yanaşı, İsrailin rəsmi KAN telekanalına açıqlamasında qeyd edib ki, ölkədə Donald Trampın İranla bağlı atəşkəs qərarı müəyyən təəccüblə qarşılanıb.
Onun sözlərinə görə, İsrail tərəfi yenilənmiş məlumatı son anda, qərar artıq faktiki qəbul edildikdən sonra əldə edib. Bununla belə, rəsmi şəxs vurğulayıb ki, İsrail atəşkəs razılaşması üzrə öhdəliklərinə sadiqdir.























