Kırklarelində nişanlısının evinə silahlı basqın nəticəsində öldürülən Rümeysa Sanpurun (19) ölümü ilə bağlı aralarında nişanlısı da daxil olmaqla 16 şübhəli həbs edilib.
Referans MEDİA xəbər verir ki, Türkiyədə daha bir qadın şübhəli şəraitdə dünyasını dəyişib. Hadisə ötən cümə günü axşam saatlarında Lüleburqazın Gündoğu məhəlləsində baş verib.
“Lüleburgaz Biz Bize Yeteriz” təşkilatının sədri Emin Sanpurun qızı Rümeysa Sanpur şam yeməyi üçün nişanlısının evinə gedib. İddiaya görə, bir müddət sonra bir qrup şəxs evə silahla atəş açıb, evdəkilər qrupa cavab veriblər. Bildirilib ki, atışma zamanı çöldən açılan ilk atəş nəticəsində Rümeysa Sanpur yaralanıb. Məlumata görə, polis və təcili yardım işçiləri hadisə yerinə göndərilib. Yaralı Sanpur Lüleburgaz Dövlət Xəstəxanasına çatdırılıb, bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Hadisədən sonra Rayon Polis İdarəsi geniş araşdırma aparıb. Silahlı qarşıdurmada iştirak etdiyi müəyyən edilən 16 şübhəli saxlanılıb. Polis bölməsində dindirilən şübhəlilər dünən müntəzəm olaraq məhkəməyə göndəriliblər. 16 nəfər prokurorluqda ifadə verdikdən sonra həbs olunub.
Digər tərəfdən, 8 noyabrda Lüleburqazın düşmən işğalından azad edilməsinin 103-cü ildönümü ilə bağlı keçirilən tədbirdə “Biz Yetərik” təşkilatının aksiyasında Rümeysa Sanpurun “Qadınlara və uşaqlara qarşı zorakılığa yox” yazılmış pankartla fotosu ortaya çıxıb.
