Referans Media xəbər verir ki, bunu Teleqraf-ın sualına cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov deyib.
O bildirib ki, bu cür əsassız zənglər operativ müdaxilə tələb olunan, insan həyatının təhlükə ilə üzləşdiyi hallarda operativ qrupların hadisə yerinə gecikməsinə səbəb ola bilər.
“Bütün vətəndaşlardan xahiş edirik ki, “112” qaynar xəttinə yalnız real və təhlükəli vəziyyətlə üzləşdikdə müraciət etsinlər”, – Nizami Əsədov vurğulayıb.























