image-koc111backend

Növbəti köç karvanı Qırmızı Bazara və Xanabada çatdı

Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə çatıb.

Referans Media  xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xanabad kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki