Okan Buruk qərarını verdi: “Qalatasaray”da 4 dəyişiklik gözlənilir

Çempionlar Liqasında “Barselona”ya məğlub olan “Qalatasaray” Türkiyə Super Liqasında “Gənclərbirliyi” ilə oyuna hazırlaşır. Baş məşqçi Okan Burukun qarşıdakı matç öncəsi start heyətində biri məcburi olmaqla dörd dəyişiklik etməyi planlaşdırdığı bildirilir.

Referans Media xəbər verir ki, təcrübəli mütəxəssis müdafiə, yarımmüdafiə və hücum xətlərində yeniliklər etməyi düşünür. Bəzi ulduz futbolçuların isə ehtiyat oyunçular skamyasında qalacağı gözlənilir.

“Barselona” ilə matçda sağ cinah müdafiəçisi kimi çıxış edən Barış Alper Yılmazın “Gənclərbirliyi” ilə görüşdə sol cinahda oynaması planlaşdırılır. Sağ cinah müdafiəsində Roland Sallainin meydana çıxacağı gözlənilir.

Müdafiənin mərkəzində Davinson Sançes və Abdülkərim Bardakçının, sol cinahda isə Əren Elmalının yer alacağı ehtimal olunur. Qapıda Uğurcan Çakırın mövqeyini qoruyacağı bildirilir.

Qırmızı vərəqə cəzaları davam edən Lukas Torreyrа və Uqoçukvu “Gənclərbirliyi” ilə qarşılaşmada iştirak edə bilməyəcəklər. Torreyranın yoxluğunda Mario Lemina start heyətinə qayıda bilər.

Yarımmüdafiədə Lemina ilə yanaşı Qabriel Sara, hücumameyilli mövqedə isə Batrakovun çıxış etməsi planlaşdırılır.

Məlumata əsasən, Okan Buruk “Barselona” ilə oyunda meydana çıxan Yunus Akgün və Rafael Leaonu ehtiyat oyunçular skamyasına göndərməyi düşünür. Hücum xəttində Leroy Saneyə şans verilməsi, mərkəz hücumçusu mövqeyində isə Viktor Osimhenin oynaması gözlənilir.

Cəzasını başa vuran Okan Buruk da “Gənclərbirliyi” ilə görüşdə yenidən komandasının baş məşqçisi kimi texniki zonada yer alacaq.

“Gənclərbirliyi” – “Qalatasaray” qarşılaşması oktyabrın 17-də, şənbə günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki