UEFA Avropa Liqasının ikinci turunda “Beşiktaş” səfərdə Almaniyanın “Hoffenhaym” komandasını 3:2 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi bu qələbə ilə turnirdə ardıcıl ikinci dəfə üç xal qazanıb. Görüşün qəhrəmanı isə iki qol vuran Hyon-Gyu Oh olub.
Referans Media xəbər verir ki, “Rhein-Neckar-Arena”da keçirilən qarşılaşmada hesabı 60-cı dəqiqədə Maykl Murillo açıb. “Hoffenhaym” 68-ci dəqiqədə Asllaninin qolu ilə tarazlığı bərpa etsə də, “Beşiktaş” üstünlüyü yenidən ələ alıb.
73-cü dəqiqədə Olaitanın ötürməsindən sonra müdafiə xəttinin arxasına keçən Oh dəqiq zərbə ilə komandasını önə çıxarıb. Cəmi beş dəqiqə sonra koreyalı hücumçu dubl edərək fərqi iki topa çatdırıb.
Almaniya təmsilçisi 88-ci dəqiqədə Maçidanın baş zərbəsi ilə fərqi azaltsa da, hesabı bərabərləşdirə bilməyib. Beləliklə, “Beşiktaş” meydanı 3:2 hesablı qələbə ilə tərk edib.
Qeyd edək ki, Murillo Avropa Liqasında ardıcıl ikinci oyununda qol vurub. Duşan Vlahoviçin yoxluğunda hücum xəttində şans qazanan Oh isə iki qolla komandasının qələbəsində əsas pay sahibi olub.
Bu nəticədən sonra “Beşiktaş”ın xalları 6-ya yüksəlib. “Hoffenhaym” isə ikinci turda da xal qazana bilməyib. İstanbul klubu növbəti matçda doğma meydanda “Kristal Pelas”ı qəbul edəcək.
