Salahın qarşısını almaq olmur: 10 matçda 8 qol, 4 assist!

“Trabzonspor”un ulduzu Məhəmməd Salah UEFA Konfrans Liqasında möhtəşəm çıxışı ilə diqqət çəkib. Misirli futbolçu Finlandiyada “KuPS”a qarşı keçirilən matçın ilk hissəsində bir qol vurub və bir məhsuldar ötürmə verib.

Referans Media xəbər verir ki, “Trabzonspor” UEFA Konfrans Liqasının ilk turunda Finlandiyanın “KuPS Kuopio” komandası ilə səfərdə qarşılaşıb.

“Trabzonspor”un ulduzu matçın ilk 45 dəqiqəsində komandasının oyununda mühüm rol oynayıb. O, 3-cü dəqiqədə Pol Onuaçuya gözəl ötürmə edərək qolun vurulmasına şərait yaradıb. Salah 44-cü dəqiqədə isə dəqiq zərbə ilə rəqib qapısına yol taparaq özü də fərqlənib.

Bu qarşılaşmada göstərdiyi performansla Məhəmməd Salah cari mövsümdə keçirdiyi 10-cu oyunda statistikasını 8 qol və 4 məhsuldar ötürməyə çatdırıb.

Beləliklə, misirli ulduz mövsümün indiyədək olan hissəsində ümumilikdə 12 qola birbaşa töhfə verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki