Tümer Metindən “Fənərbaxça” ilə bağlı şok proqnoz: 5 oyunun nəticəsini açıqladı

İdman şərhçisi Tümer Metin UEFA Çempionlar Liqasında “Aston Villa”ya 0:6 hesabı ilə məğlub olan “Fənərbaxça”nın qarşıdakı beş oyunu ilə bağlı proqnozlarını açıqlayıb.

Referans Media xəbər verir ki, Tümer Metin “Asist Analiz”in “YouTube” kanalında çıxışı zamanı İstanbul təmsilçisinin qarşıdakı matçlarda hansı nəticələri əldə edə biləcəyini dəyərləndirib.

Şərhçinin fikrincə, “Fənərbaxça” ardıcıl olaraq “Alanyaspor”, “Slaviya”, “Qalatasaray”, “Göztəpə” və “Liverpul”la qarşılaşacağı oyunlarda fərqli nəticələrlə üzləşəcək.

Tümer Metin İstanbul klubunun “Alanyaspor” və Praqa “Slaviya”sına qalib gələcəyini, lakin bundan sonra “Qalatasaray”, “Göztəpə” və “Liverpul”la matçlarda məğlub olacağını iddia edib.

Onun bu proqnozu gerçəkləşərsə, “Fənərbaxça” qarşıdakı beş oyunda iki qələbə qazanacaq, üç qarşılaşmada isə meydanı məğlub tərk edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki